Accessibility links

Qantas Londondan Sidneyə 19 saat yarımlıq fasiləsiz uçuşu uğurla başa vurub


Avstraliyanın milli Qantas şirkəti cümə günü ekipaj və sərnişinlərin uzun müddətə dözümlülüyününü sınaqdan keçirmək üçün Londondan Sidneyə 19 saat yarım fasiləsiz uçuşu uğurla başa vurub.

Londonun Hitrou Hava Limanından cümə axşamı səhər tezdən çıxan Boeing 787-9 Dreamliner Sidney Hava Limanına cümə günü, nəzərdə tutulduğundan 45 dəqiqə gec, 12:30-da çatıb.

Bu 17800 kilometrlik səyahət Sunrise - Qantas Avstraliyanın şərq sahil şəhərləri Brisban, Sidney və Melborndan London və Nyu-Yorka müntəzəm, fasiləsiz ticarət uçuşları həyata keçirməklə bağlı layihənin bir hissəsi idi.

Keçən ay Qantas Nyu-Yorkdan Sidneyə 19 saat 16 dəqiqə davam edən ilk fasiləsiz uçuşunu həyata keçirib. Layihəni başa çatdırmaq üçün gələn ay Nyu-Yorkdan Sidneyə daha bir uçuş gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG