Accessibility links

Güclü siklon tədricən Avstraliyanın sahillərinə doğru irəliləyir


Güclü siklon tədricən Avstraliyanın şimal-şərq sahillərinə doğru irəliləməyə başlayıb. Rəsmilər dağıdıcı küləklər və daşqına səbəb olacaq güclü yağışlar barədə xəbərdarlıq edib.

Debbi qasırğası sahilə çatmazdan bir qədər əvvəl Avstraliyanın Meteorologiya Bürosu turistlərin otellərdə sığındıqları Hamilton adası yaxınlığında saatda 262 kilometr sürətlə əsən külək barədə xəbərdarlıq edib. Sahil boyu 10 minlərlə insan daha yüksək ərazilərə evakuasiya edilib.

“Elektrik naqilləri qırılıb, hər yerdə ağaclar sınıb. Hər yer dağılıb” deyə yerli sakin İsaak Mikallef bildirib.

Meteoroloqlar qasırğanın bəzi ərazilərə 50 santimetr yağış gətirə biləcəyini deyib və yağan yağışların bu həftə böyük daşqınlara səbəb olacağı barədə xəbərdarlıq edib.

Çərşənbə gününədək qasırğanın mərkəzinin 50 kilometr sahilə doğru keçəcəyi gözlənilir. Küləyin sürəti isə saatda 125 kilometr olaraq qalır.

XS
SM
MD
LG