Avstraliya son 18 ay ərzində ilk dəfə, noyabr ayından etibarən peyvənd edilmiş səyahətçilərin ölkəyə daxil olması üçün beynəlxalq sərhədlərini açacaq.
Keçən ilin mart ayından etibarən Avstraliya əksər xarici vətəndaşların ölkəyə daxil olmasını qadağan edib və vətəndaşlarından isə ölkəni tərk etmək üçün rəsmi icazə almalarını tələb edib. İndi bu ölkə dünyaya yenidən açılmağa hazırlaşır. Hökumətin planına əsasən beynəlxalq sərnişinlər ölkəyə daxil olduqdan sonra 14 gün mehmanxanada deyil, 7 gün evdə karantində qalacaq.
Ölkəyə girən və ya çıxan tam vaksin olunmuş avstraliyalılar üçün səyahət məhdudiyyəti olmayacaq. Lakin, böyük aviaşirkətlər uçuşlarını birdən sürətlə artırmağa hələ hazır olmadıqlarını bildiriblər. Hökumət Yeni Zelandiya da daxil olmaqla, digər ölkələrlə karantinsiz səyahətlər üzərində işləyir.
Peyvənd olunmayan və ya Avstraliya rəsmiləri tərəfindən qəbul edilməyən hər hansı bir dərmanı almış sərnişinlərin rəsmi olaraq 14 gün karantində qalması tələb olunacaq.
Ölkənin Baş naziri Skott Morrison cümə günü Yeni Cənubi Uels ştatının paytaxtı Sidneyin böyük ehtimalla beynəlxalq səyahətçilərin geri dönməsinə icazə verən ilk şəhər olacağını deyib.
Delta variantı infeksiyasının çox yüksək olduğu Qərbi Avstraliya və Kvinslend daxili sərhədlərini ölkənin digər bölgələrinə bağlı saxlamaqla təhdid edir.
Pandemiya başlayandan bəri Avstraliyada koronavirusa 105000 yoluxma, 1200-dən çox ölüm halı qeydə alınıb.