Accessibility links

Avstraliyada bir gün ərzində koronavirusdan ölüm halları yenidən yüksək həddə çatıb


Avstraliya çərşənbə günü COVID-19-a bir gündə 428 yeni yoluxma, 21 ölüm halının qeydə alındığını bildirib.

İyun ayının sonundan bəri kəskin şəkildə artan yoluxmalarla mübarizə aparan cənubda Viktoriya ştatının rəsmiləri təsdiq edilmiş ölüm hallarından sonra virusun yayılmasına nəzarət etmək üçün ciddi məhdudiyyətlər tətbiq etməyə məcbur olub.

Baş nazir Devid Endryus bütün ölüm hallarının əsasən 70-90 yaşlar arasında qeyd edildiyini, bir qadının yaşının isə 100 yaşdan yuxarı olduğunu bildirib. O, ölənlərin 16-nın qocalar evlərinin sakinləri olduğunu deyib. Üç gün ardıcıl olaraq yoluxmaların sayı 400-dən aşağı olan Viktoriya ştatı çərşənbə günü 410 yeni yoluxma halı barədə məlumat verib.

Qalan 18 yoluxma halının çərşənbə günü qonşu Yeni Cənubi Uelsdə, Sidneydəki bir özəl məktəbdə olduğu bildirilib.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern çərşənbə günü parlamentin buraxılması qərarını təxirə saldığını deyib. Bu isə sentyabrın 19-na təyin edilmiş parlament seçkilərinin təxirə salınmasına səbəb ola bilər. Ardern çərşənbə axşamı Oklend şəhərində bir ailədən dörd nəfərin COVID-19 testinin müsbət çəıxmasından sonra karantina tətnbiq edilməsi qərarı verib.

XS
SM
MD
LG