Accessibility links

Avstraliya sığınacaq axtaranlarla razılığa gəlib


200 nəfər sığınacaq axtaran insana əlavə 50 milyon dollar təzminat ödənəcək

Məhkəmə iddiası 2012—2014-cü illərdə Papua Yeni Qvineyadakı Manus Adası mərkəzində saxlanılan 1905 nəfər tərəfindən qaldırılıb. Onlar məhkəməyə Avstraliya dövlətini və mərkəzi idarə edən 2 ayrı özəl şirkətdən şikayət edib. Papua Yeni Qvineyanın Ali məhkəməsi mərkəzin saxlanma şəraitinin konstitusiyaya zidd olduğuna qərar verib.

Zərərçəkmiş tərəfin hüquqşunası Andryu Beyker bildirib ki, pul kömək edəcək amma bu məhkəmə işinin əsas məqsədi pul deyil.

“Heç bir miqdarda pul o insanların yaşadığı əzabı anlamağa kömək edə bilməz. Biz ümid edirik ki, bu gün alınan qərardan sonra onlar həyatlarının qaranlıq hissəsini geridə qoya biləcəklər. Məhkəmə qərarı sübut etdi ki, heç bir dövlət və ya böyük korporasiya qanunu pozmaq hüququna malik deyil.”0 deyə vəkil Adryu Beyker bildirib.

Avstraliyanın İmmiqrasiya Naziri Peter Dutton razılaşmanı “Avstraliya vergi ödəyiciləri üçün qənaətcil nəticə” olduğunu bəyan edib.

Avstraliya dövləti immiqrasiya qanunlarına uyğun olaraq Yaxın Şərqdən, Afrika və Asiyadan qayıqla ölkəyə gəlib, sığınacaq axtaran insanları Manus adasına və Naurudakı mərkəzə yerləşdirir.

Avstraliyanın bu qanunu Birləşmiş Millətlər Təşkilatı və insan haqqları tərəfindən tənqid atəşinə tutulub.

XS
SM
MD
LG