Accessibility links

Avstraliya aparıcı silah ixracatçısı olmaq iddiasındadır


Avstraliya növbəti 10 ildə dünyanın 10 ən böyük silah ixracatçısı olmaq iddiasındadır. Yeni təqdim edilmiş strategiyanın qlobal sülh qorunması səylərinə və Avstraliyada minlərlə iş yerinin açılmasına yardım edəcəyi bildirilir.

Kanberra planın bir hissəsi kimi daha çox hərbi texnologiya və sursat satmağı planlaşdırır. Bura zirehli maşınlar və izləmə sistemləri daxildir. Hal-hazırda Avstraliya 1.6 milyard dollar dəyərində silah satır və bu rəqəm ölkəni silah ixracatçıları arasında 20-ci yerdə olmasının təmin edir. Lakin ölkənin iddiası ilk 10-luqda olmaqdır. Hökümət satışların artımına nail olmaq üçün şirkətləri qrantlarla təmin edəcək.

Avstraliya Müdafiə Sənayesi Naziri Kristofer Payn deyir ki, bu plan on minlərlə iş yerinin açılmasına kəmək edə bilər. O əlavə edib ki, eyni zamanda plan qlobal sülh qoruma səylərinə öz töhvəsini verəcək.

Qlobal xeyriyyə təşkilatı olan World Vision, bu siyasəti “qətlin ixracı və qantökmədən mənfəət eldə etmək” adlandırıb. Xeyriyyə təşkilatı planın qlobal sülhə müsbət təsiri olmayacağını bildirib. Avsraliya höküməti isə bu iddia ilə razılaşmır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun verdiyi məlumata görə, dünyanın ən böyük silah ixracatçısı Birləşmiş Ştatlardır. Siyahıda növbəti sırada olan ölkələr Rusiya, Çin, Fransa, Almaniya və Birləşmiş Krallıqdır.

XS
SM
MD
LG