Accessibility links

Avstraliyanın Viktoriya ştatında koronavirusa gündəlik rekord yoluxma halları qeydə alınıb


Avstraliyanın koronavirusa yoluxmaların yüksək həddə çatdığı Victoria ştatının paytaxtı Melburn şəhərində altı həftəlik karantinin müddətinin yarıya çatmasına baxmayaraq, 532 yeni yoluxma halının qeydə alındığı bildirilib.

Ölkənin əhalisinin sayına görə ikinci ən böyük ştatında beşi qocalar evində olmaqla, daha altı ölüb halının qeydə alınması ilə Victoriya ştatında COVID-19-dan ölənlərin sayı 77-yə, bütün ölkə boyu isə 161-ə çatıb. Hazırda Victoriya ştatında aktiv koronavirus xəstəsinin sayı 4500-dən çoxdur. Bu da ölkədə ən yüksək göstəricidir.

Victoriya ştatının baş naziri David Endryus yeni halların kəskin şəkildə artmsına görə simptomların olmasına baxmayaraq, işə gertməyə və ya ümumiyyətlə ictimaiyyət içərisinə çıxmaqda davam edən sakinləri günahlandırıb.

"Rəqəmlərin artmasına səbəb budur və insanlar simptomlarla işə getməyə davam edincə və bunun əvəzində testlərdən keçməyincə karantin davam edəcək" - deyə, Endruys Victoriyanın ən böyük sənaye müəssisələrinin müvəqqəti dayandırıla biləcəyi barədə xəbərdarlıq edirək bildirib.

Keçən həftə Melbornun beş milyon sakininə COVID-19 yoluxmalarının qarşısının alınması məqsədilə üz maskaları taxmaq barədə göztəriş verilib. Sakinlərin hazırda işə, məktəbə, həkimə getmək və ya ərzaq alış-verişindən başqa evdən çıxması qadağandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG