Accessibility links

Avstraliya alimləri virusun qaynar nöqtələrini aşkar etməyə çalışır


Avstraliya alimləri yeni kanalizasiya testləri keçirməklə virusun qaynar nöqtələrini aşkar etməyə çalışır.

Alimlər bu test üsulu ilə COVİD-19 yoluxma hallarının birbaşa mənbəyi haqda ilkin xəbərdalıqlara yardım edəcəyini düşünür. Bu yolla xəstəliyin harada yayıldığının müəyyən edilməsi ilə yanaşı, yoluxanların təxmini sayı sa aşkar edilə bilər.

Kvinsland ştatının iki işlənmiş su hövzəsindən götürülən nümunələr xəstəliyin izlərinin mövcud olduğunu göstərib. Nümunələr üzərindəki araşdırmalar rəsmilərə kononavirusun mənbələrinin aşkarlanmasına kömək edəcək.

Avstraliyada restoranlar, barlar, bir çox mağazalar bağlıdır. Bu ölkədə iki nəfərdən artıq insanların toplaşması qadağan edilib. Əks təqdirdə cərimələr tətbiq olunur.

Alimlərin Nature Medicine jurnalında dərc edilən araşdırmalara dair məqalədə deyilir ki, COVID-19-un izləri simptonların yaranmasından 2-3 gün əvvəl müəyyən edilir.

Səhiyyə naziri Qreq Hant araşdırmaların olduqca ümidverici və qlobal pandemiyanın qarşısın alınmasına potensial cavab olduğunu deyib.

Genişmiqyaslı testlərin bir neçə həftə sonra başlayacağı gözlənilir.

Avstraliyada 6600 təsdiq edilmiş yoluxma faktı qyedə alınıb, 70 nəfər həyatını itirib.

XS
SM
MD
LG