Accessibility links

Avstraliya meşə yanğınları mövsümünə hazırlaşır


Avstraliyada yanğınsöndürənlər tarixin ən pis yanğın mövsümünə hazırlaşır. Onlar deyir ki, isti havalar və quru keçən qış bu təhlükəni daha da artırır.

2017-ci ildə Avstraliya ən isti yay oldu. Sinoptiklər yazda da havanın quru keçəcəyini proqnozlaşdırır ki, bu da hər il baş verən meşə yanğınlarının bu il həmişəkindən daha tez başlayacağına dair narahtlıqlara səbəb olur.

Tarixi baxımdan yay və payız Avstraliyanın ən çox məskunlaşmış cənub-şərq bölgəsi üçün ən təhlükəli zamanlardır.

Viktoriya ştatında illik yanğın mövsümü keçmişlə müqayisədə artıq 50 faiz daha çox çəkir.

Yeni Cənub Uelsdə fövqəladə hallar işçiləri isə qış ayı sayılan avqustda 2500 yanğın söndürüb.

Kvinslenddə isə bu ilin əvvəli yağışlara səbəb olan tropic siklon qurumuş ərazilərdə bitiklərin sürətlə artmasına gətirib çıxarıb. Bu isə yanğın riskini artırıb. Artıq Kvinslendin paytaxtı Brisbeynə yaxın yerlərdə yanğınlar başlayıb.

Viktoriyanın Fövqəladə Hallar komissarı Kreq Lapsli qarşıdan onları təhlükəli günlərin gözlədiyi barədə xəbərdarlıq edir.

Cənub-qərb Avstraliya dünyanın ən çox yanğına meylli ərazilərindən biridir. Bu yanğınların çoxu şimşək nəticəsində baş verir, digərləri isə atılmış siqaretrlə səsbiblə olur. Bəzən isə qəsdən yanğın çıxarılır.

Avstraliyanın yerli bitkilərin çoxu isə asanlıqla yanır.

Meşə yanğınları yarpaqlarında çox miqdarda yağ olan evkalipt ağacları quruyanda da baş verir. Bu isə adətən yağışın çox az yağdığı dövrdən sonra olur.

2003-cü ilin yayında meşə yanğınları ölkənin paytaxtı Kanberrada böyük zərərlərə səbəb olub. 2009-cu ildə isə Qara Şənbə adlı yanğın Viktoriyada 173 nəfərin ölümü ilə nəticələnib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG