Accessibility links

Avstraliyada yaxınlaşan yay mövsümü rütubət, daşqın və tropik siklon riskini artırır


Milli Meteorologiya Bürosunun iqlim proqnozlarına görə, Avstraliyada yaxınlaşan yay mövsümü rütubət, daşqın və tropik siklon riskini artıracaq.

Hava şəraitinin son illərə nisbətən daha rütubətli və daha sərin olacağı proqnozlaşdırılsa da, Avstraliyanın cənubunda hələ də yanğın təhlükəsi qalmaqdadır.

İnsanlar təbiətin hədsiz dəyişkənliyə öyrəşib. Keçən yay Avstraliyada indiyə kimi qeydə alınan ən güclü yanğınlar baş vermişdi. Bu ilin daha yaş və soyuq keçəcəyi gözlənilir.

Sakit okeanın bəzi hissələrində okean səthinin periodik olaraq soyuması ilə Avstraliyanın böyük bir hissəsində daha çox yağış yağacağı proqnozlaşdırılıb.

Meteorologiya Bürosu daha çox tropik siklon proqnozlaşdırır və illik mussonların daha erkən başlayacağı gözlənilir.

Yanğın və Təbii Fəlakətlər Kooperativ Tədqiqat Mərkəzinin bildirdiyinə görə, bu yay Avstraliyanın şərqindəki çəmənliklər yanğınlarını əsas bölgəsi olacaq.

Ötən yay güclü yanğınlardan əziyyət çəkən bölgələrdə də daşqın, eroziya və torpaq sürüşməsi riski ilə bağlı bir xəbərdarlıq yayılıb.

Avstraliyada yay rəsmi olaraq dekabrın 1-də başlayır, lakin yaxın günlərdə Avstraliyanın cənub-şərq və şərq hissələrinin əksəriyyətində həddindən artıq isti dalğa gözlənilir. Cənubi Avstraliyada istiliklər 47 dərəcəyə çatıb.

Kvinslenddə meşə yanğınları səbəbi ilə Avstraliyanın ən məşhur turizm yerlərindən biri olan Fraser adası bağlanıb.

Keçən il Avstraliyada ən isti və quru il kimi rekord əldə etmişdi.

XS
SM
MD
LG