Accessibility links

Avstraliyada Əmək Partiyası hökumət formalaşdırmağa yaxındır


Avstraliyada müstəqil qanunvericinin hakim bloka qoşulması baş nazir Culiya Gillarda hökumət formalaşdırmağa kömək edə bilər. Endryu Vilkinin qərarı xanım Gillardın Əmək Partiyasına 150 yerlik Nümayəndələr Palatasında 74 yer verir ki, bu da çoxluqdan iki səs azdır. Müxalifətdə olan mühafizəkar Liberal Partiyasının rəhbəri Toni Abbotun başçılığı altındakı koalisiya isə 73 yerə sahibdir. Üç bitərəf qanunverici isə başlıca partiyalarla danışıqlar aparır. Avqustun 21-də seçkilər qeyri-müəyyən nəticə verdikdən bəri Gillard və Abbot müstəqil və Yaşıllar Partiyasının millət vəkillərini öz koalisiyalarına cəlb etməyə çalışırlar.

XS
SM
MD
LG