Accessibility links

Avstraliyalı təhqiqatçılar dəniz təyyarəsinin qəzası ilə bağlı ilkin məlumatı açıqlayıb


Avstraliyalı müstəntiqlərin bildirdiyinə görə, Sidney yaxınlığında qəzaya uğramış dəniz təyyarəsi suya düşməzdən əvvəl istiqamətindən kəskin yayınıb. Hadisə nəticəsində beş britaniyalı turist həyatını itirib.

Təyyarənin məxsus olduğu şirkətin icraçı direktoru pilotun “Yeni İl Gecəsi” manevrlərini "izaholunmaz" kimi təsvir edib.

Avstraliya Nəqliyyata Nəzarət Bürosu tərəfindən hazırlanan ilkin hesabatda qəzaya səbəb ola biləcək heç bir uçuşa nəzarət və ya struktur problemi aşkar edilməyib.

“Bu mərhələdə pilotun nə üçün belə etdiyinə dair heç bir fərziyyəmiz yoxdur. Biz hazırda bu manevrin normal fəaliyyətin bir hissəsi olub-olmadığını müəyyən etməyə çalışırıq. İndiyə qədər əldə etdiyimiz məlumatlar göstərir ki, təyyarənin şimal-qərbə istiqamətlənərək Jerusalem limanına doğru hərəkət etməsi normal hərəkət planının bir hisəsi deyildi”, deyə, Avstraliya Nəqliyyata Nəzarət Bürosunun direktoru Nat Naqi bildirib.

Dəniz təyyarəsinin içərisində professional video avadanlıqlar, uçuş məlumatlarını qeydə alan aparatların olmaması istintaq prosesini daha da çətinləşdirir.

XS
SM
MD
LG