Accessibility links

Avstraliyalı kinorejissorun Kambocada həbsi davam edir


Ötən il Kambocada milli təhlükəsizliyə hədə ittihamları ilə həbs olunan avstraliyalı kinorejissorun həbs müddəti davam edir, çünki ölkənin ali məhkəməsi onun zaminə çıxmaq tələbini geri çevirib.

Çərşənbə axşamı Ali Məhkəmə Ceyms Riketson ilə bağlı istintaq davam etdiyi üçün, onun tələbini rədd edib.

Riketson ötən iyun ayında müxalif Kamboca Milli Qurtuluş Partiyasının etiraz aksiyasını lentə almaq üçün dronunn üzərində kamera yerləşdirdiyinə görə həbs olunub.

68 yaşlı Riketson günahkar bilinsə, 10 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Riketsonun həbsi avtokrat baş nazir Hun Senin 32 illik hakimiyyətini əlində saxlamaq üçün təqib kampaniyası apardığı vaxta təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG