Avstriya prezidenti ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirilməsini dəstəkləyib. Buna səbəb son günlər vitse-kansler Heinz-Kristian Straçe ətrafında qopan qalmaqal olub.
Prezident Aleksander Van der Bellen deyib ki, ölkənin nüfuzunu yalnız seçki xilas edə bilər. Prezident mayın 19-da kansler Sebastian Kurzla növbəti addımları müzakirə edib.
Kurz bundan əvvəl mümkün qədər tez parlament seçkisi keçirməyə çağırmışdı.
Bundan başqa o, mayın 18-də Straçenin rəhbərlik etdiyi qatı-sağçı “Azadlıq partiyası” ilə koalisiyadan çıxdıqlarını bəyan edib.
Kütləvi informasiya vasitləri (KİV) qalmaqaldan əvvəl Straçenin, özünü Alena Mayarova adlandıran rus qadınla söhbətini yayıb.
Görüş 2017-ci ilin iyulunda-Straçenin vitse-prezident olduğu seçkiyə 3 ay qalmış İspaniyanın İbiza adasında baş tutub. Makarova dövlət sifarişləri əvəzində onun partiyasının maliyyələşməsinə 250 milyon avro təklif edib.
Mətbuatın yazdığına görə, Makarova “saxta fiqur” olub, amma bunun kimlər tərəfindən təşkil edildiyi bəlli deyil.
Jurnalistlər qeyd edir ki, Latviya vətəndaşı olan Makarova bir rusiyalı oliqarxın qohumudur.
Straçe isə vəziyyəti “dolaşıq sərxoş məsələ” adlandırıb.
O, artıq tutduğu vəzifə və partiya rəhbərliyindən istefa verib.