Accessibility links

Avstriyada yeni hökümət əleyhinə etiraz keçirilir


Minlərlə avstriyalı paytaxt Vyanada yürüş keçirərək ölkənin yeni sağcı hökümətinə qarşı etiraz edir.

Paytaxt polisi bildirib ki, şənbə günü yürüşdə 20 min insan iştirak edib.

Bəzi etirazçılar “Bir daha əsla” yazılan plakatlar nümayiş etdirib. Digərləri “Qaçqınlar qalmalıdır, nasistləri qovun” deyə şüarlar səsləndiriblər.

Mühafizəkar Avstriya Xalq Partiyası və millətçi Azadlıq Partiyasından ibarət hakim koalisiya miqrasiyay qarşı sərt mövqe sərgiləyir.

XS
SM
MD
LG