Accessibility links

Avstriya Balkan qaçqın marşrutunun tamamilə bağlanmasını tələb edir


Sloveniya, Makedoniya, Serbiya və Xorvatiya öz sərhədləri daxilində sığınacaq istəyənlər istisna olmaqla, bu həftə sərhədlərini bağladıqdan sonra Avstriyanın daxili işlər naziri Coana Mikl-Leytner Balkan qaçqın marşrutunun da bağlanmalı olduğunu deyib.

Almaniyanın gündəlik Die Welt qəzetinə bu gün verdiyi müsahibədə xanım Mikl-Leytner deyib ki, vaxtı geri qaytarmaq mümkün deyil, lakin Balkan marşrutu tamamilə bağlanmalıdır.

Bu arada Türkiyə xəbər agentlikləri bir uşaq da daxil olmaqla, 5 qaçqnın olduğu qayığın ölkənin qərb sahillərindən Yunanıstanın Lesbos adasına gedən zaman batdığını bildirib.

Daxilində əfqan və İran miqrantları olan qayıqdan 9 nəfərin xilas edildiyi, 2 nəfərin isə itkin düşdüyü deyilib.

Makedoniya sərhədini bağladıqdan sonra Suriya və digər bölgələrdən olan minlərlə qaçqın Yunanıstan şərhədində ilişib qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG