Accessibility links

Avstriya yeni prezidentini seçib.

Avstraliyanın mühacirət əleyhinə olan ifrat sağçı lideri Norbert Hofer seçkilərdə məğlub olub.

Yaşılların dəstəklədiyi müstəqil namizəd Aleksander Van Der Bellen seçkidə liderlik edib.

Seçkidə əsas namizədlər ifrat sağçı, 45 yaşlı Norbert Hofer və müstəqil ekoloq, 72 yaşlı Alexander Van Der Bellen olub.

​Avstriyada prezident seçkilərinin apreldə keçirilən birinci mərhələsində Hofer qalib gəmişdi. Sağçı partiyanın namizədi son onilliklərdə Avstriya siyasətində aparıcı rol oynayan iki mərkəzçi partiyanın namizədini ilk dəfə idi ki, arxada qoyurdu.

Mayın 22-də ən çox səs toplayan iki namizəd arasında seçkinin ikinci mərhələsini isə Van der Bellen uddu. Onun üstünlüyü cəmi 31 min səsdən ibarət idi. Ancaq Hoferin Azadlıq Partiyası seçkidə prosedur pozuntularına görə şikayət verərərk, yeni seçkilərə nail oldu.

Norbert Hofer
Norbert Hofer

Qaçqınlar və müsəlman miqrantların qəbuluna dair qəzəblərlə müşayiət edilən seçkilərin nəticələri təəccübə səbəb olub.

Təhlilçilərin fikrincə, Hofer ABŞ və Avropada miqrant əleyhinə əhval-ruhiyyə, Britaniyanın Avropa İttifaqından çıxması və Donald Trampın Amerikada prezident seçilməsindən faydalanmağa çalışırdı.

Hitlerin doğulduğu və Nasist Almaniyası tərəfindən 1938-ci ildə ilhaq edilən Avstriyada nasizmlə bağlılıq məsələsi gündəmdə idi.

Hitlerin Milli Sosialist Partiyasının sabiq üzvləri tərəfindən 1950-ci illərdətəsis edilən və Hoferin üzvü olduğu Azadlıq Partiyası 3-cü Reyx, irqçilik və anti-semitizm ideologiyası ilə əlaqəsini danır.

Aleksander Van der Bellen
Aleksander Van der Bellen

Norbert Hofer Türkiyənin Avropa Bilriyində üzvlüyünün qəti əleyhinədir, hesab edir ki, İslama Avstriyada yer yoxdur.

Rəsmi nəticələr hələ açıqlanmasa da, Bellen səslərin 53, Hofer isə 46 faizini qazanıb.

XS
SM
MD
LG