Accessibility links

Avstriyada sağçılar prezident seçkilərində məğlub olduqlarını etiraf edib


Avstriyada keçirilən prezident seçkilərində sağ yönümlü namizəd məəğlubiyyətini qəbul edib.

Anti-mühacirət Azadlıq Partiyasından namizəd Norbert Hofer bildirib ki, o qalib ola bilmədiyini üçün çox məyusdur. Buna baxmayaraq o, tərəfdarlarının gördükləri işi gələcəyə investisiya adlandırıb.

Bazar günü keçirilən seçkilərin nəticələri rəsmi olaraq elan olunmayıb. Yaşıllar Partiyasının sabiq rəhbəri Aleksandr Van der Bellen müstəqil namizəd olaraq seçkidə iştirak edir. Onun daha çox səs topladığı güman edilir.

Bazar günü keçirilən seçkilər hər iki namizəd üçün bərabər mübarizə şəraitində keçib.

Bu seçkilər Hofer və Van der Bellenin Sosial Demokrat koalisiya namizədləri Rudolf Hundstirfer və Andreas Xoluna qalib gəlməsindən bir neçə həftə sonraya təsadüf edir. Hundstorfer və Xol aprelin 24-də keçirilən seçkilərin ilk raundunda yalnız 11 faiz səs toplamağa müvəffəq olmuşdu.

XS
SM
MD
LG