Accessibility links

Azərbaycan avstiryalı idmançıların müalicə xərclərini üzərinə götürüb [Video]


İdmançıları Bakıda avtobus vurub

İyunun 10-da Bakıda I Avropa Oyunlarında iştirak edəcək Avstriyanın 3 sinxron üzgüçünü Atletlər kəndinin ərazisində avtobus vurub. Xəsarət alan idmançılar Verena Breit, Vanessa Sahinovic və Luna Pajerdir. İdmançılardan biri Avstriyaya aparılıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib ki, hadisə ilə bağlı hazırda istintaq gedir.

“İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, nazir bildirib.

Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürüb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG