ABŞ-ın qərb sahilində yerləşən Kaliforniya ştatında, şosse ilə gedən turist avtobusu yük maşını ilə toqquşub. Nəticədə 13 nəfər həlak olub və azı 31 nəfər xəsarət alıb.
Kaiforniya Magistral Patrul Xidmətinin sözçüsü qəzanın avtobus Kaliforniya ştatının Termal şəhərində yerləşən "Red Earth" kazinosundan Los Anceles şəhərinə geri qayıdan zaman baş verdiyini bildirib.
Hadisənin səbəbi müəyyən edilməyib. Lakin Kaliforniya Magistral Patrul Xidmətinin şöbə müdiri Cim Abele yüksək sürətin hadisənin baş vermə səbəblərdən biri olduğunu ehtimal edir.
Hadisənin səbəbi müəyyən edilməyib. Lakin Kaliforniya Magistral Patrul Xidmətinin şöbə müdiri Cim Abele yüksək sürətin hadisənin baş vermə səbəblərdən biri olduğunu ehtimal edir.
Avtobusun sürücüsü hadisə zamanı keçinib. Yük maşınının sürücüsü isə yüngül xəsarət alıb.
Abele ölənlərin hansı millətlərə mənsub olduğu barədə dəqiq fikir söyləməsə də, ölənlərin əksəriyyətin ispan olduqlarını ehtimal etdiyini bildirib.
Rəsmilər Meksika, Yaponiya və Avstraliyanın konsulluqları ilə əlaqə saxlamaqdadır.