Accessibility links

Bakıda avtobus qəzalarında 30- dan çox insan xəsarət alıb


Avtobus qəzası
Avtobus qəzası

Sutka ərzində 4 sərnişin avtobusu qəza törədib

Son sutka ərzində Bakıda sərnişin avtobuslarında 3 dəfə qəza qeydə alınıb. Qəzalar nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. Xəsarət alanlardan on nəfərdən çoxunun vəziyyəti ağırdır.

Qəza əsasən avtomiobillərin toqquşması nəticəsində olub. Qəzaya düşən marşurut avtobusları bunlardır: 211 saylı avtobus idarətmeni itirib, 189 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu yqk və minik avtomobili ilə toqquşub, 88 və 147 saylı avtobuslar bir-biri ilə toqquşub.

2012-ci ildə Azərbaycanın avtomobil yollarında 2892 qəza qeydə alınıb. Bu qəzalarda 1168 nəfər ölüb, 2997 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 1 milyon 20 min sürücü qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib.
XS
SM
MD
LG