Accessibility links

Ağıllı yollar, danışan maşınlar [Video]


Ağıllı yollar, danışan maşınlar
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Təsəvvür edin, siz inşaatçısınız və yollara işarələr qoyursunuz. Yanınızdan ötən hər bir avtomobilin küləyi sizə necə vurduğunu hiss edirsiz.

Sürücü “avtomobillə danış” adlanan elektronik cihaz vasitəsi ilə bunu bilir. Hər şey inşaat işçisinin geydiyi çantadan başlayır.

Bu çantaya GPS antenası yerləşdirilib. Bu, avtomobildəki elektronik cihaza bağlıdır. Avtomobilə inşaat işçisinin nə qədər yaxın olduğunu deyir. Hər iki cihaz inşaat işçisinin geydiyi gödəkçə ilə bağlantıdadır.

İndi isə siz nəqliyyat siqnalına yaxınlaşan sürücüsüz. Sükanın yanındakı cihaz sizə sürətinizi və işıqforun qırmızıya keçməsinə neçə millisaniyə qaldığını deyir. Əgər siz xəbərdarlığa diqqət verməsəz, cihaz sizə “qırmızı işıqda keçdiz!” deyir.

Araşdırmaçılar layihəni Virciniya Ağıllı Yol adlanan 3.5 kilometr yol üzərində sınaqdan keçirir. Ştatın nəqliyyat departamenti yola nəzarət edir və Virciniya Texniki Universiteti tərəfindən idarə olunur. Luk Nuratır deyir ki, cihaz dünyanın hər yerində istifadə edilə bilər.

Luk Nuratır: Regional fərqliliklər və sürücülərin tərzinə görə araşdırma sürücüləri necə xəbərdar etmək istiqamətində araşdırma aparılmalıdır, cünki xəbərdarlıq vaxtları fərqli ola bilər.

Aydın havada cihaz mükəmməl işləyir. Bəs yağış yağarsa?

…hava şəraiti görmə qabiliyyətinə təsir göstərir. Bu, həmçinin sınaqdan keçirilib. 1900 litr həcmində su çəni qar, duman, dondurucu yağış və güclü leysanlar yaratmaq üçün nəzərdə tutulub.

Ron Qibbons: Bizim suyu yola vuracaq üç 700 at gücündə su nasosumuz var. Suyu havaya vurmaqla-yağış əmələ gətiririk.

Araşdırmaçılar sınaqları yollarda keçirməklə əsl nəqliyyat təcrübələri həyata keçirirlər.

Beləliklə onların adi avtomobilləri ağıllı avtomobilə çevriləcək. Virciniya Texniki Universitetinin alimləri gələcəkdə bu cihazların bütün avtomobillərdə icbari şəkildə yerləşdiriləcəyini güman edirlər.

XS
SM
MD
LG