Accessibility links

Rahat avtomobil oturacaqları [Video]


Rahat avtomobil oturacaqları
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Birləşmiş Ştatlarda sükan arxasında yuxulama nəticəsində törənən avto-qəzaların hər il 100 minə yaxın olduğu təxmin edilir

Hər gün sükan arxasında olmaq, tıxaca düşmək insanı hövsələdən çıxartmaqla yanaşı vaxt itkisinə və yorğunluğa səbəb olur.

Sükan arxasında əsəbi və yorğun olmaq daha çox qəza, xəsarət və ölüm deməkdir.

Fauresia avto-texnologiya şirkəti deyir ki, onlar bu problemə çarə tapıblar. Onların inkişaf etdirdikləri Aktiv Rifah adlandırdıqları avtomobil oturacaqları sensorlar vasitəsi ilə sürücünün fiziki göstəricilərini ölçür və müvafiq tədbir görür.

Olaf Biederman: “Biz nəfəsalma və ürək döyüntüsü normasına nəzarət edirik. Buradan stress və enerji dərəcəsini əldə edirik. Əgər stresslisinizsə, siz dincəlmək masajı alırsız. Enerjiniz zəifdirsə, yüksək ruhlu mesaj alırsız.

Prototipi hazırlamaq beş ilə başa gəldi. Oturacaqda hava axını və masajın birləşməsi sürücünün ehtiyacına cavab verir. Sürücü özünü isti hiss edirsə oturacaq sərinləyə bilir.

Sürücülərin rahatlığını və təhlükəsizliyini təmin edən bu oturacaqlar 2020-ci ildə satışa çıxacaq.

XS
SM
MD
LG