ABŞ-ın Almaniyaya səfiri Riçard Qrenellin Almaniya avtomobil istehsalçılarına Avropa İttifaqı ABŞ maşınlarına tətbiq edilən rüsumları aradan qaldırarsa, ABŞ Avropa maşınlarının idxalına tarif təhdidindən əl çəkiləcəyini deyib.
Volksvaqen və Daimler şirkətləri bu barədə şərh verməkdən imtina edib.
BMW şirkətinin rəsmilərinin isə bu barədə şərh vermək üçün zamanı olmayıb.
Təqdim edilən təklif Avropa İttifaqı ötən cümə günü ABŞ prezidenti Donald Trampa avtomobillərə tariflərin tətbiqinin potensial dolayı xərclərinin 294 milyard dollara çata biləcəyi barədə xəbərdarlıq etməsindən sonraya təsadüf edir.