Mayın 29-da Azərbaycanın Xızı rayonunda (Bakıdan 100 kilometr şimal) avtomobil qəzası nəticəsində 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinovun idarə etdiyi "Hyundai" markalı mikroavtobus dərəyə aşıb.
Avtobusda qəzaya düşənlər Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları və tələbələri olub. Onlar istirahətdən geri qayıdırmış.
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Siyəzən (Bakıdan 86 kilometr şimal) və Sumqayıtda (Bakıdan 32 kilometr şimal) yaralılara baş çəkib.
Hadisə ilə bağlı Xızı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.