İsrail ordu rəsmilərinin məlumatına görə, fələstinli qadın avtomobili İordan çayının Qərb sahilində yerləşən keçid məntəqəsinə sürərək iki İsrail vətəndaşını yaraladıqdan sonra hərbçilər tərəfindən açılan atəş nəticəsində öldürülüb.
İsrail ordusunun rəsmi bəyanatında deyilir ki, qadın Kiryat Arba qəsəbəsinin girişində avtomobilin sürətini artırıb və hərəkətsiz digər avtomobilə vurub.
50 yaşlarında olan yaralanmış israilli cütlük xəstəxanaya çatdırılıb.
İordan çayının Qərb sahilindəki Hebron şəhəri yaxınlığında yerləşən Kiryat Arba qəsəbəsi uzun müddət İsraillə fələstinlilər arasında gərginliklərə səhnə olub.
Xatırladaq ki, son zamanlar baş vermiş zorakılıqlar nəticəsində 200 fələstinli, 32 israilli, 2 amerikalı, bir eritreyalı və sudanlı həlak olub.
İsrail rəsmilərinin sözlərinə görə, fələstinlilərin hücumlarının əksəriyyəti odlu silah, bıçaq və ya avtomobillər vasitəsi ilə həyata keçirilir.
Digərləri isə müdafiə qüvvələri ilə toqquşma və İsrailin Qəza Zolağında keçirdiyi hava əməliyyatları nəticəsində həlak olub.