Accessibility links

Ailələr avtonom maşınları sınaqdan keçirir [Video]


Ailələr avtonom maşınları sınaqdan keçirir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Volvo şirkəti özünün avtonom maşınlarını yollara hazır etmək üçün bir neçə mərhələri sınaq eksperimenti keçirir. “Drive Me” adlanan bu layihədə adi insanlar avtonom maşınları sürərək, təcrübələrini şirkət təhqiqatçıları ilə bölüşürlər.

Simonovski ailəsi insanların avtonom maşınlara reaksiyasını müəyyən etməyə çalışan sınaqda iştirak edirlər.

“Yeni texnologiyaların inkişafını, yeni funksiyalara malik avtomobillərin inkişafını yaxından izləmək həyəcanvericidir. Mənim diqqətimi və marağımı məhz bu məqam cəlb etdi.”

Ailə, yarı-avtonom Volvo avtomobili sürür. Bu sınaq, avtonom maşınların laboratoriyalardan yollara çıxması üçün müəyyən edilmiş beş mərhələli planın ikinci mərhələsidir.

Bu mərhələdə avtomobil avtonom vəziyyətdə çalışa bilir. Lakin sürücü, xəttləri dəyişmək, dönmək kimi işləri özü etməlidir.

“Biz indi magistrala çıxıb, Malmoya istiqamət götürəcəyik. Bu vəziyyətdə maşın mənə avtonom idarəyə keçməyi təklif edəcək. Saatda 80 kilometr sürətlə.”

Çox sadə bir hərəkətlə maşın avtonom idarəyə keçir.

“Mən magistrala çıxanda maşın məndən avtopilota keçməyi istəyib-istəmədiyimi soruşacaq və mən təbii ki, sükandakı pedalları sıxaraq avtopilota keçəcəm. Sonra isə avtonom idarəetmə funksiyasının olması imkanından zövq alacam.”

Həqiqi insanların texnologiyanı sınaqdan keçirilməsinin səbəbi insanların necə reaksiya verməsi, avtomobillərin necə işləməsi qədər vacib olmasındadır.

“Bu, sınaq maşınıdır və anlamaq vacibdir ki, bu maşında olan texnologiya maşının öz-özünə çalışması mənasını vermir. Onun ehtiyat sürücüsü var. Belə etməyimizin səbəbi bu maşınla insanların 2021-ci ildə tam avtonom maşınlar çıxanda onlara necə reaksiya verə biləcəklərini müəyyən etməkdir.”

Üçüncü mərhələdə avtomobil sürücülük funksiyalarının daha çoxunu üzərinə götürəcək. Dördüncü mərhələdə isə maşın hər şeyə tam nəzarət edəcək və yalnız fövqəladə vəziyyətdə insanların dəstəyini istəyəcək.

Volvo özünün dörd avtonom maşın modelinin sahə sınaqlarını 2021-ci ilə qədər başlamağı ümid edir.

XS
SM
MD
LG