Accessibility links

Gələcəyin gəmilərə kapitan lazım olmayacaq [Video]


Gələcəyin gəmilərinə kapitan lazım olmayacaq
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Özü idarə olunan qayıqlar tezliklə istifadəyə veriləcək

Siz əgər Boston Limanına səfər etsəniz, orada “İnsansız Qayıq” yazılarına rast gələ bilərsiniz. Qayığın göyərtəsindəki insanlar sizi yanıltmasın. Qayıq süni intellekt tərəfindən idarə olunur.

“Mənim burada rolum avtonom idarəetmə sisteminin aşkar edə bilmədiyi mümkün toqquşmanın qarşısını almaqdır.”

Özü idarə olunan maşınlar kimi, özü idarə olunan qayıqlar da inkişaflarının bu mərhələsində insanlar tərəfindən nəzarət olunmaları tələb olunur. İxtiraçılar deyirlər ki, yaxın gələcəkdə qayıqda olan insanlar yalnız sərnişinlər və yük daşınmasına cavabdeh şəxlər olacaq.

“Okean avtonom idarəetmə üçün mükəmməl mühitdir. Okeanda əməliyyat üçün geniş məkan mövcuddur. Avtomobillərlə müqayisədə sürət azdır və qarşına çıxa biləcək mülki fəaliyyət da azdır.”

Araşdırmaçılar deyir ki, lazım olan texnologiya artıq mövcuddur və göyərtədəki radarlar, sensonrlar və kompüterlər problemlərin qarşısını rahatlıqla ala bilər. Ehtiyat üçün isə sahildə çalışan operatorlar bir neçə qayığı müşahidə edə və zərurət yarandığı halda müdaxilə edə bilərlər.

“Bizim etmək istədiyimiz hal-hazırda mövcud olan texnologiyadan daha təhlükəsiz və daha ucuz texnologiya yaratmaqdır. Biz bunun baş verəcəyinin şahidi olacayıq.”

Özü idarə olunan okean gəmiləri istifadəyə növbəti onillikdə verilə bilər. Amma kiçik qayıqlar üçün texnologiya artıq mövcuddur.

XS
SM
MD
LG