Accessibility links

Turist aparan mikroavtobus qəzaya uğrayıb


Avtomobil qəzası
Avtomobil qəzası

Sentyabrın 30-da Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində (Bakıdan 46 kilometr şimal) baş verən yol qəzasında 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Report agentliyinin məlumatına görə, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ölüb, 10 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.

Rəsmi qurumlar qəza və nəticələri ilə bağlı hələ məlumat yaymayıb.

İlkin məlumatlara görə, mikroavtobusdakı turistlərin əksəriyyəti Rusiya vətəndaşı olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG