Accessibility links

Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi [Video & Fotoqalereya]


Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi
please wait

No media source currently available

0:00 0:07:35 0:00

Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi

Yubileydə Azərbaycan xalq hərəkatına nəzər salınıb

Iyulun 16-da Bakının Əmircan qəsəbəsindəki Mədəniyyət sarayında Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli toplantı keçirilib. Tədbirə qurumun yüzlərlə üzvü və tərəfdaşı toplaşıb. Qonaqlar sırasında ictimai-siyasi təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, ziyalılar, beynəlxalq təşkilatların və bir sıra diplomatik missiyaların təmsilçiləri də var idi.

Toplantını AXCP sədri Əli Kərimli açıb. O, təşkilatın prioritetləri və uğrunda mübarizə apardığı dəyərlərdən danışıb. Ə.Kərimli Azərbaycan cəmiyyətini siyasi proseslərə laqeyd qalmamağa, vətəndaşların maraqlarını fəal şəkildə müdafiə etməyə çağırıb.

Milli Şuranın keçmiş rəhbəri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun, siyasi məhbuslar Qurban Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədli və NİDA fəallarının müraciətləri oxunub.

Vətəndaş cəmiyyətinin fəalları, AXC özəyini təşkil edənlər – Cəmil Həsənli, Leyla Yunus, Vidadi Mirkamal, Sərdar Cəlaloğlu, İbrahim İbrahimli və başqaları hərəkatın tarixinə nəzər salaraq onun müxtəlif mərhələlərini qiymətləndiriblər.

Çıxışlarda ümumi rəy belə olub ki, AXC ölkənin azadlığı və suverenliyinin qorunmasında, demokratiya uğrunda mübarizədə əvəzsiz rol oynayıb.

XS
SM
MD
LG