Accessibility links

AXC 25 illik yubileyinə hazırlaşır


Əbülfəz Elçibəy və Azərbaycan bayrağı
Əbülfəz Elçibəy və Azərbaycan bayrağı

AXCP 25 illik yubileyini Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında keçirəcək. Bakı meriyası paytaxtın mərkəzindəki saraylarda yubiley tədbirinin keçirilməsinə icazə verməyib

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis edilməsinin 25 illik yubileyidir.

AXCP 25 illik yubileylə bağlı iyulun 16-da saat 11:00-da Suraxanı rayonu Əmircan qəsəbəsi Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında təntənəli mərasim keçirəcək. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın mərkəzi hissəsində yerləşən saraylarda yubiley tədbirinin keçirilməsinə icazə verməyib.

AXC 1989-cu il iyulun 16-da Bakıda təsis edilib. İlk konfransda təşkilatın 15 nəfərlik İdarə Heyəti formalaşıb. Əbülfəz Elçibəy AXC-nin sədri seçilib.

Təşkilat davamlı mitinqlər və etiraz aksityaları keçirməklə keçmiş SSRİ-nin siyasətinə qarşı kəskin mübarizə aparıb. AXC-nin mübarizəsinin nəticəsində 1991-ci ildə Azərbaycan müstəqilliyinə qovuşub. Müstəqilliyə gedən yol 1990-cı ilin 20 Yanvar hadisələrindən keçib. Çoxsaylı AXC fəalları həbs edilib, təqiblərə məruz qalıb. Azərbaycanda dəfələrlə fövqəladə vəziyyətin elan edilməsinə, hərbi rejimin olmasına baxmayaraq, AXC mübarizədən qalib çıxıb.

1992-ci il mayın 15-də AXC ölkədə hakimiyyətə gəlib. Seçkilər nəticəsində Əbülfəz Elçibəy prezident seçilib. 1993-cü ilin iyununda AXC hakimiyyəti qiyamla devrilib və Heydər Əliyev hakimiyyətə gəlib.

AXC ölkədə müstəqillik uğrunda mübarizə ilə paralel olaraq Dağlıq Qarabağda erməni işğalçılarına qarşı da mübarizə aparıb. Minlərlə AXC fəalı döyüşlərdə həlak olub.

AXC 1995-ci ildə siyasi partiyaya keçdiyini bəyan edib. Əli Kərimli AXCP-nin sədri seçilib. Bununla yanaşı AXC təmsilçiləri Müsavat, Klassik Xalq Cəbhəsi Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli İstiqlal Partiyası , Vətəndaş Həmrəyliyi və digər siyasi təşkilatlarda birləşirlər.

XS
SM
MD
LG