Accessibility links

AXCP fəalının apelyasiya şikayəti təmin edilməyib


AXCP fəalının apelyasiya şikayəti təmin edilməyib
AXCP fəalının apelyasiya şikayəti təmin edilməyib

Ruslan Bəşirli 2005-ci il parlament seçkilərindən öncə, avqustun 4-də Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıqda təqsirləndirilərək həbs olunub.

Bakı Apellyasiya Məhkəməsi müxalifətçi “Yeni Fikir” gənclər təşkilatının sədri Ruslan Bəşirlinin (AXCP fəalı) vaxtından əvvəl azad edilməsi barədə apellyasiya şikayətini təmin etməyib.

Vəkil Tahir Xanəliyevin sözlərinə görə, müdafiə etdiyi şəxs 7 illik cəza müddətinin 6 ilini çəkdiyi üçün qanunvericiliyə əsasən vaxtından əvvəl azadlığa buraxıla bilər.

Ruslan Bəşirli 2005-ci il parlament seçkilərindən öncə, avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq) ilə təqsirləndirilərək həbs olunub, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb.

Onun müavinləri Ramin Tağıyev və Səid Nuri müvafiq olaraq 4 və 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ruslan Bəşirli və digər fəallar beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus kimi tanınıb. Azərbaycan hakimiyyəti Ruslan Bəşirlinin azad edilməsi ilə bağlı çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının çağırışlarına məhəl qoymayıb.

XS
SM
MD
LG