Accessibility links

Ruslan Bəşirli: Həbsxana həyatım acılı-şirinli keçdi (Audio)


O 6 il 8 aylıq həbsdən sonra əfv edilib. Bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirəcək.

Martın 15-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmış keçmiş siyasi məhbus Ruslan Bəşirli siyasətlə məşğul olmayacağını bəyan edib. O Amerikanın Səsi radiosuna müsahibəsində deyib ki, bundan sonra hər hansı siyasi partiyaya üzv olmayacaq və siyasi partiya yaratmayacaq. “Mən hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirəcəm. Əsasən həbsdən azad edilmiş məhbusların problemləri, onların reabilitasiya məsələləri ilə bağlı işlər aparacam”.

Ruslan Bəşirli həbsinin ədalətsiz olduğunu deyib. “Mənim həbsim qanunsuz idi. İndi bunlar keçmişdə qalıb və bu barədə düşünmək istəmirəm”.

O həbsxana həyatının acılı-şirinli keçdiyini bildirib. “Həbsxana həyatımda acılı günlərin sayı çoxdur. Bəziləri deyir ki. Azərbaycanda həbsxana ilə azadlığın fərqi yoxdur. Onlar düz düşünmür. Həbsxanada ürəyimdə döyüntülər çox idi, azadlıqda bu keçib. Həbsxanada dərmanla belə sağalda bilinməyən problemlər azadlıq həyatında öz-özünə yox olur”.

Ruslan Bəşirli 1995-ci ilin avqustunda toyuna 6 gün qalmış 7 il azadlıqdan məhrum edilib. 6 il 8 ay həbsdə qaldıqdan sonra azadlığa çıxıb. “Aprelin sonunadək toyum olacaq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG