Accessibility links

AXCP fəalı Bakının mərkəzində təkbaşına aksiya keçirib və polis tərəfindən saxlanılıb


Füzuli Hüseynov

Bu gün AXCP fəalı Füzuli Hüseynov Bakının mərkəzi-28 may metrosuna yaxın ərazidə təkbaşına aksiya keçirdiyinə görə polislər tərəfindən saxlanıb.

Bu barədə AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yayıb.

F.Hüseynovun əlində "Bütün siyasi məhbuslara azadlıq" şüarı yazılmış plakat olub.

“Ölkəni cəsur vətəndaşlarımızın təşəbbüskarlığı xilas edəcək. Fizuli bəyin tələbinə biz də qoşulaq, bütün siyasi məhbuslara və Fizuli bəyin özünə azadlıq tələb edək!”deyə Kərimli əlavə edib.

Öz növbəsində cəbhəçi Fuad Əhmədlinin atası Zəfər Əhmədli bu haqda məlumat yayıb.

Onun dediyinə görə Nəsimi polis idarəsində F.Hüseynovun ifadəsi alınır.

Nəsimi rayon Polis İdarəsi və Daxili İşlər nazirliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG