Accessibility links

AXCP mətbuat xidmətinin rəhbərindən izahat alınıb


Natiq Gülməmmədoğlu İctimai Palatanın etiraz aksiyasında iştiraka görə polisə dəvət edilib

Bu gün AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin müxbiri Natiq Gülməmmədoğlundan Sabirabad rayon Polis Şöbəsində izahat alınıb. İzahat alındıqdan sonra o, azad buraxılıb.
Natiq Gülməmmədoğlu Amerikanın Səsi radiosuna bildirib ki, Sabirabad polisi ondan İctimai Palatanın mayın 24-də İctimai televiziyanın qarşısında keçirdiyi etiraz aksiyasında iştirakı ilə bağlı izahat alıb. “Mən aksiyada ictimai qaydanı pozmadığımı və bununla bağlı reportaj hazırladığımı bildirdim”, - deyə o qeyd edib.
Sabirabad polisi jurnalisti Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin məktubuna əsasən çağırıb. Məktubda aksiya zamanı ictimai qaydanın pozulduğu qeyd edilib.

N.Gülməmmədoğlu Sabirabad rayonunun Xəlfəli kəndində qeydiyyatdadır. Bu səbəbdən də həmin rayonun polis şöbəsində izahat alınıb.

XS
SM
MD
LG