Accessibility links

«Azadlıq» qəzetinin maliyyə məsələləri üzrə direktoru Faiq Əmirli saxlanılıb [Yenilənib-1]


Onun evində axtarış aparılıb

“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirli Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə şübhəli şəxs qismində dindirilib. Hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına saxlanılır.

Bu barədə Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.

Bu maddənin sanksiyasında min manatdan iki min manatadək cərimə və ya azadlığın üç ilədək məhdudlaşdırılması və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

«Azadlıq» qəzetinin avqustun 20-də saxlanmış yayım üzrə direktoru Faiq Əmirlinin qayınatası Zakir Allahverdiyev Azadlıq Radiosuna deyir :

«Faiqin maşınından çıxan kitablar quramadır. Onun maşınında heç vaxt belə kitablar olmayıb, onları axtarış aparanlar Faiqi şərləməkdən ötrü özləri maşına qoyublar».

****

Yerli vaxtla saat 13:30 radələrində Faiq Əmirlinin mənzilində axtarış başa çatıb, bundan sonra müstəntiqlər onun avtomobilində axtarışa başlayıb.

Yaxınlarının sözlərinə görə, mənzildə heç nə tapılmayıb. Bu arada, müstəntiqlər toy disklərini və qəzetin nəşri ilə bağlı sənədləri götürüblər.

“Əmirova qarşı hansı ittiham irəli sürülürsə sürülsün, bu, əsassız olacaq. Baş verənlər şəxsən mənə və partiyaya qarşı yönəlmiş sürətli repressiya kampaniyasının bir hissəsidir”, deyə AXCP lideri Əli Kərimli Turan-a bildirib.

AXCP sədr müavini Gözəl Bayramlı isə Faiq Əmirlinin hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verdiyini deyir.

***

"Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli mülkü geyimli şəxslər tərəfindən saxlanılıb.

AXCP- sədr müavini Gözəl Bayramlının Amerikanın Səsinə verilən məlumata görə Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsininə aparıblar və oranın əməkdaşları F.Əmirlinin yaşadığı evdə axtarış aparır.

Hazırda axtarış davam edir.

Faiq Əmirlinin hansı səbəbdən saxlandığı məlum deyil.

Hüquq -mühafizə orqanlarından bu barədə hələlik şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, avqustun 19-da Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri olduğu müəyyən edilmiş Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Öz növbəsində, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Fuad Əhmədlinin evində Fətullah Gülənə və "Hizmət imamları"na, "Gülən camaatına" aid hər hansı sənəd olmayıb və götürülməyib.

"Yalnlz Əhmədlinin atasına məxsus bir neçə kitab və 1988-ci il xalq hərkatına aid broşurlar götürülüb", o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG