Accessibility links

İki AXCP fəalı həbs edilib, biri isə polisə çağırılıb


Sadif Qurbanov (Foto azadliq.info saytından götürülüb)
Sadif Qurbanov (Foto azadliq.info saytından götürülüb)

Aprelin 6-da Xətai rayon Məhkəməsi AXCP fəalı Türkel Əlisoya (Azərturk) İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə 30 sutka həbs verib. Bu barədə Amerikanın Səsinə Türkel Əlisoyun qardaşı Eltac Əlisoy bildirib.

Türkel Əlisoy (Azərturk) (Foto Türkel Azərtürkün Facebook səhifəsindən götürülüb)
Türkel Əlisoy (Azərturk) (Foto Türkel Azərtürkün Facebook səhifəsindən götürülüb)

Səbael rayon Məhkəməsi isə eyni ittihamla AXCP Səbael təşkilatının sədri Sadif Qurbanovainzibati qaydada 25 sutka həbs verib. Bu barədə isə AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook səhifəsində yazıb.

AXCP-dən verilən məlumata görə, partiyanın digər fəalı Elçin Həsənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübraizə İdarəsinə çağırılıb.

AXCP fəallarının həbsi və polisə çağırılması Milli Şuranın aprelin 5-də “Talana son!” şüarı ilə keçirdiyi etiraz mitinqindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG