Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Füzuli Hüseynov Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Füzuli Hüseynov yanvarın 27-də Abşeron Rayon Məhkəməsinin qərarı əsasında polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
F.Hüseynov həbsini əsassız sayaraq həbs yerində müddətsiz aclığa başlayıb. Onunla görüşə də icazə verilməyib. AXCP Hüseynovun səhhətində ciddi problemlərin olduğunu bildirib və həbsin səbəbi kimi onunsosial şəbəkələrdə hakimiyyəti tənqid etməsini göstərib.