Accessibility links

AXCP fəalı həbs edilib


Xətai Nəbiyev (Foto Xətai Nəbiyevin Facebook səhifəsindən götürülüb)
Xətai Nəbiyev (Foto Xətai Nəbiyevin Facebook səhifəsindən götürülüb)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin üzvü Xətai Nəbiyev oktyabrın 11-də Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılıb. Gənc fəal Sumqayıt Şəhər Məhkəməsində polisə müqavimətdə ittiham edilərək inzibati qaydada 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun fikrincə, fəalın həbsi Milli Şuranın sentyabrda keçirdiyi mitinqdə iştirak edənlərə təzyiqin davamıdır.

“11 və 17 oktyabr mitinqlərində iştirak edən fəalların saxlanması hələ də davam edir. İndiyədək iki yüzdən çox fəal yerli polis, icra orqanlarına çağırılıb. Onların arasından onlarla fəal 1 sutkadan 30 sutkayadək həbs olunub, cərimələnib və xəbərdarlıq edilib. Bu proses indi də davam edir”, Bayramlı qeyd edib.

Öz növbəsində, hüquq-mühafizə orqanları fəalın saxlanmasının səbəbləri ilə bağlı məlumat yaymayıb.

XS
SM
MD
LG