Accessibility links

Alimlər Ayın 4,5 milyard il öncə yarandığını iddia edir [Video]


Alimlər Ayın 4,5 milyard il öncə yarandığını iddia edir
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Ay artıq 4 milyard ildir mövcuddur və Yer kürəsindəki qabarma və çəkilmələrə səbəb olur. Lakin yeni əldə olunan məlumatlar Ayın yarandığı tarixin bir az daha erkən olduğunu göstərir. Bu isə, bir neçə çox vacib elmi suallara aydınlıq gətirir.

Uzun zamandır astronomlar Ayın 4,3 milyard il öncə Mars boyunda bir qayanın Yer kürəsinə dəyməsi nəticəsinə yarandığını iddia edirdilər.

Beləcə Yer kürəsinin soyuması, yenidən tektonik plitələr, atmosfer, su və həyatın olması üçün lazım olan hər bir şəratinin yaranmasına vaxt qalır.
Melani Barboni

Bu toqquşma nəticəsində yaranan dağıntılardan Ay əmələ gəlib.

Amma bu 4,3 milyard il öncə baş verən toqquşma təkamül bioloqlarını bir az çaşdırır, çünki onların fikrincə toqquşmadan sonra Yer kürəsində həyatın bərpa olunmasına kifayət qədər zaman qalmırdı.

“Burada, UCLA-də aparılan araşdırma, Yer kürəsində həyatın 4,1 milyard il əvvəl başladığını göstərir. Amma əgər 4,3 milyard il öncə qayanın Yer kürəsi ilə bir-birinə dəydiyinə inansaq, o zaman zərbədən sonra Yer kürəsində həyatın başlaması üçün lazımı şəraitlərin yaranmasına kifayət qaədər zaman qalmır,” deyə Los Ancelesdə yerləşən Kaliforniya Universitetinin tədqiqatçısı Melani Barboni bildirir.

Bu səbəbdən də Melani Barboni və həmkarları ayın yaranmasının daha dəqiq tarixini araşdırmağa başlayıblar.

Bunun üçün onlar, Apollo astronavtlarının Yer kürəsinə geri gətirdikləri ay qayasının parçalarının olduğu sirkon adlanan mineralı tədqiq ediblər.

Ay
Ay

“Beləliklə, biz Ayın daha da yaşlı olduğunu aşkar etdik. Ay 4,3 milyard il öncə deyil, ən az 4,51 il öncə yaranıb.”

Əlavə bir neçə milyon il həyat problemini həll edir və alimlərələ Yer Kürəsində həyatın necə formalaşdığı və digər planetlərdən necə fərqləndiyinə dair aydınlıq gətirir.

“Beləcə Yer kürəsinin soyuması, yenidən tektonik plitələr, atmosfer, su və həyatın olması üçün lazım olan hər bir şəratinin yaranmasına vaxt qalır.”

Yeni məlumatlardan belə bir nəticə çıxır ki, Ay Yer kürəsi ətrafında günəş sisteminin yaranmasından 60 milyon il öncə dövrə vururdu.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG