Accessibility links

AXCP Rəyasət Heyətinin üzvü ölkə xaricinə buraxılmır


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli ölkə xaricinə buraxılmadığını bildirir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən A. Məhərrəmlinin sözlərinə görə, bir ildən çoxdur onun ölkədən çıxışına məhdudiyyət qoyub . O düşünür ki, bu məhdudiyyəti Daxili İşlər Nazitliyi (DİN) tədbiq edib. "Bu barədə mənə artıq 5-ci dəfədir ki, Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verilib. DİN-ə həm sorğu, həm də ərizə ilə dəfələrlə müraciət etsəmdə, heç bir cavab ala bilməmişəm" .

A. Məhərrəmli əlavə edib ki, bir neçə gün əvvəl Ombusman Aparatından ona bildirilib ki, qurum məsələ ilə bağlı DİN-ə sorğu göndərilib: "Sorğuya cavab olaraq bildirilir ki, ölkədən getməyimə DİN tərəfindən məhduduyyət mövcud deyil. Lakin məni iyulun 19-da Xaçmaz rayonunun Samur Keçid Məntəqəsindən növbəti dəfə geri qaytardılar" .

Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və başqa rəsmi qaurumlardan münasibət öyrənmək,hələlik mümkün olmayıb.

Xatırlatma

Hazırda AXCP-nin 10-a yaxın üzvü isə müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.

Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG