Accessibility links

Aydın Maralanlı: Qeyri-fars xalqların istiqlalçı qüvvələri ilə əməkdaşlıq edirik [Audio-Müsahibə]


Aydın Maralanlı hesab edir ki, Güney Azərbaycan Milli Hərəkatının’ istiqlalçı qüvvələri uğur qazanmaq üçün sadəcə öz aralarında deyil, digər qeyri-fars icmalara mənsub istiqlalçı qüvvələrlə də əməkdaşlıq etməlidir.

Aydın Maralanlı: Qeyri-fars xalqların istiqlalçı qüvvələri ilə əməkdaşlıq edirik
please wait

No media source currently available

0:00 0:14:27 0:00

Milli Yol Təşkilatının nümayəndəsi Amerikanın Səsinə müsahibədə İranın türk, ərəb və bəluç kimi qeyri-fars icmalarında ən çox müstəqillik tələbinin dilə gətirildiyini irəli sürür.

Bu günlərdə İslam Respublikasına alternativ ola biləcək siyasi cərəyanlar, və ya hökümət sistemləri hər zamandan daha çox müzakirə edilir. Aydın Maralanlının dediklərinə görə, bunun səbəbi rejimin legitimliyini tamamilə itirməsidir.

Ciddi bir mübarizə aparıb və xalqların öz müqəddəratını təyin etmə haqqını bərpa etmək üçün, başqa millətlərin istiqlalçıları ilə də əməkdaşlıq etmək lazimdir.

“Bu rejim 40 ildən sonra millətin arasında legitimliyini tamamilə itirib. Cinayətləri və oğurluqları ilə millətin nifrətini qazanıb. Bu sistem hər an millətin qiyamı ilə devrilə bilər. Buna görə də, İranın ərazi bütünlüyünü qorumaq istəyənlər öz altenativlərini gündəmə gətirməyə çalışırlar” ,siyasi fəal qeyd edir.

O, gündəmdə olan siyasi cərəyanların qeyr-fars icmalarında ictimai bazaya sahib olmadıqlarını vurğulayır:

“Xalqlar bu dəfə oyanıb. Ölkə daxilində gənclərimiz öz tələblərini səsləndirdiklər şüarlarla ortaya qoyurlar. Mən inanmıram ki, bu əsrdə oxumuş gənclər, xüsusilə də qeyri-fars millətlər Pəhləvilər və Xalqın Mücahidləri kimi layihələrə imkan verələr.”

Aydın Maralanlının fikrincə, istiqlalçı qüvvələr öz bölgələrində ciddi alternativ ola bilmək üçün digər icmaların istiqlalçı qüvvələri ilə birlikdə hərəkət etməlidirlər.

“Bizim istiqlalçı düşüncəyə sahib olan qruplarımız bir araya gəlib bir ittifaq yaratdılar, Güney Azərbaycan İstiqlalçılar Birliyi. Amma biz bunu da bilirik ki, ciddi bir mübarizə aparıb və xalqların öz müqəddəratını təyin etmə haqqını bərpa etmək üçün başqa millətlərin istiqlalçıları ilə də əməkdaşlıq etmək lazimdir,” türk fəal bəyan edir.

Maralanlı əlavə edir, biz görürük ki, Azərbaycanda stadionlarda, küçə etirazlarında və ya Babək Qalası yürüşlərində, o ki, dilə gətirilir, Azərbaycana müstəqillik tələbidir. Monarxistlər, Xalqın Mücahidləri və ya onlar kimi qrupların şüarları dilə gətirilmir.”

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG