Accessibility links

“Mərkəzləşdirici rejimlər millətləri bir-birindən uzaqlaşdırır”


Səid Əzizi
Səid Əzizi

Səid Əzizi hesab edir ki, İranda heç bir qüdrətli mərkəzləşdirici dövlət ölkəni müxtəlif xalqları ilə bərabər əmin-amanlıq şəraitində idarə edə bilməyəcək. Azərbaycan Demokratik Birliyi təşkilatının (Birlik) sözçüsü Amerikanın Səsinə müsahibədə son vaxtlar İslam Respublikasına alternativ kimi müzakirə edilən siyasi rejimlər haqqında danışıb.

Səid Əzizi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:30 0:00

Onun dediklərinə görə, “keçmişdə həm Şahda, həm də Xomeynidə bu təcrübə olunub ki, mərkəzi dövlət İranı qoruyub, idarə edə bilmir. Yəni, bu mərkəzi dövlət İranda yaşayan müxtəlif millətləri bir-birlərinə yaxınlaşdırmayıb - hətta bunları getdikcə bir-birindən uzaqlaşdırıb.”

Mərkəzi dövlət İranı qoruyub, idarə edə bilmir. Bu mərkəzi dövlətlər İranda yaşayan müxtəlif millətləri bir-birlərinə yaxınlaşdırmayıb ki heç, hətta getdikcə uzaqlaşdırıb.

Bir neçə həftə əvvəl, Səid Əzizinin mənsub olduğu təşkilat daxil olmaqla, mövcud hakimiyyətə müxalif 10 siyasi təşkilat birgə bəyanat yayımlayaraq respublikaçılıq, federalizm və demokratiya prinsipləri əsasında ittifaq yaratdıqlarını bildirdilər.

Azərbaycan Demokratik Birliyi Təşkilatının sözçüsü bu ittifaqın müvəqqəti deyil, İslam Respublikasına qarşı mübarizə edən daimi bir qüvvə olacağını ifadə edir.

Əzizi federalizmin hazırda İranın müxtəlif siyasi qrupları arasında ciddi şəkildə mübahisəyə qoyulduğunu önə çəkir.

“Türklər, ərəblər və kürdlər kimi zülmə məruz qalan millətlərə mənsub olan bəzi təşkilatlar haqlı olaraq federalizm mövzusunu ortaya qoyurlar. Amma, bunlardan əlavə federalizm məsələsi fars icmasına mənsub qruplar ya ümumiyyətlə müxalif qruplar arasında da müzakirə olunur. Dəstəkləyənlər də var, müxaliflər də,” siyasi fəal bildirir.

Hələ Rza Şahın dönəmində də bir mərkəzdən idarə olunan İranda etnik və dini azlıqların hüquqları tanınmırdı.
Hələ Rza Şahın dönəmində də bir mərkəzdən idarə olunan İranda etnik və dini azlıqların hüquqları tanınmırdı.

Birlik təşkilatının sözçüsü əlavə edir, “müxalifətin bir hissəsi federalizmi İranın qurtuluşu üçün bir sistem bilirlər. Çünki bu sistem millətləri ixtilaflardan və müharibələrdən qoruya bilər. Belə ki, hərkəsin bərabər hüququ olar. Hərkəsin öz bölgəsində höküməti olar. Hərkəs öz nümayəndəsini seçə bilər.”

Səid Əzizi qüdrətli bir mərkəzi dövlət altında İranın müxtəlif xalqları arasında sülh və bərabərliyin təmin olmayacağını vurğulayır.

Onun sözlərinə görə, “müxaliflərin bir hissəsi də, İranda mərkəzi dövlətin zəifləməsini İranın yox olması ilə bərabər görürlər. Bu düzgün bir baxış deyil. Bu keçmişdə həm Şahda həm də Xomeynidə təcrübə olunub...”

XS
SM
MD
LG