Accessibility links

Aydakı son insan [Video]


Aydakı son insan
please wait
Embed

No media source currently available

0:00 0:02:53 0:00

Aydakı son insan

Eugene Cernanın aydan döndüyündən 42 il keçib və o, ondan sonra aya heç kəsin getməməsindən gileylənir

Ötən həftə hər il Texasın Austin şəhərində keçirilən South by Southwest film festivalında böyük kütləni cəlb edən filmlərdən biri aya getmiş son insan- amerikalı astonavt Eugene Cernan-ın [Yucin Sernan] hekayəsini təsvir edir. Cernanın aydan döndüyündən 42 il keçib və o, ondan sonra aya heç kəsin getməməsindən gileylənir. Cernan daha intensiv kosmik proqramın tərəfdarıdır.

1972-ci ildə kapitan Eugene Cernan və onun iki astronavt yoldaşı Apollo 17 adlanan ay missiyalarına start verdilər. Bu isə insanın aya sonuncu dəfə səyahəti oldu.

Dekabrın 17-də qızının adının baş hərflərini ayda torpağa qazıdıqdan və orada uzaqdan idarə olunan kamera yerləşdirdikdən sonra, Cernan, aya gedən kosmik səyahət vasitəsinə minərək ayı tərk etdi.

Cernan ondan başqa digərlərinin də aya gedəcəyini düşünürdü, ancaq o, daha sonra ABŞ kosmos proqramının səhv istiqamətə getdiyini düşünür.

“Kosmos proqramı artıq yoxdur”.

Cernan hazırkı vəziyyətdən narazıdır.

“Biz ABŞ-da istehsal olunmuş avadanlıqda bir amerikalını öz kosmik stansiyamıza göndərə bilmirik”.

Biz sadəcə gənc uşaqları ilhamlandıqmalıyıq və bir zamanlar mənə və mənim həmkarlarıma verilən fürsəti biz indi onlara yaratmalıyıq
Yucin Sernan

Cernan onun barəsində çəkilmiş “Aydakı son insan” adlı filmi tanıtmağa kömək etmək üçün Austina gedib.

Film 1960-1970-ci illərdən bəhs edir ki, o zaman Birləşmiş Ştatlar müntəzəm şəkildə kosmosa adam göndərirdi.

Filmdə Cernan-ın cavanlığının arxiv görüntüləri ilə bərabər yaşlı Sernanın onun kosmos sərgüzəştlərini xatırladan yerləri yenidən ziyarət etdiyi göstərilir.

Cernan karyerasına olan bağlığından ötrü ailəsinin onun üçün etdiklərini yadına salanda həm qələbə, həm də kədərli hisslər yaşayır.

Rejissor Mark Craig deyir ki, Cernan-dan açıq və səmimi şərhlər almaq çətin deyildi.

“Biz çox şanslıyıq ki, Eugene özünü çox yaxşı ifadə edən şəxsiyyətdir, ona görə də o hisslərini və emosiyalarını aydın ifadə edə bilirdi”.

Cernan-n aya heyranlığı aşkardır.

“Geri dönərəm mi? Bu dəqiqə!”

Eugene Cernan
Eugene Cernan

Cernan bilir ki, onun kosmosdakı günləri artıq geridə qalıb, ancaq o, ümid edir ki, digərləri onun və başqa astonavtların başlatdığı işi davam etdirəcəklər.

“Biz sadəcə gənc uşaqları ilhamlandıqmalıyıq və bir zamanlar mənə və mənim həmkarlarıma verilən fürsəti biz indi onlara yaratmalıyıq”.

Bəs kosmik kəşfiyyatçı olmaq üçün nə lazımdır?

“Sən ömrün boyu etdiyin işin düzgünlüyünə inanırsansa, bu işi bitirmək üçün bütün çətinlikləri və riskləri qarşına alırsansa, deməli sən buna hazırsan”.

Cernan ümid edir ki, Aydakı son insan filmi bu mesajın yayılmasına kömək edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG