Accessibility links

Ayman Zəvahirinin Bin Ladenin yeganə varisi olduğuna inanılır


Ayman Zəvahirinin Bin Ladenin yeganə varisi olduğuna inanılır
Ayman Zəvahirinin Bin Ladenin yeganə varisi olduğuna inanılır

Üsama Bin Ladeninin Əl-Qaidə şəbəkəsinin ikinci yüksək səlahiyyətli üzvü olan Ayman Zəvahirinin onun varisi olacağına dair söz-söhbətlər gəzir. Əl-Qaidənin sözçüsü kimi tanınan misirli Zəvahiri Bin Ladenə yaxın şəxs olduğunu dəfələrlə dilə gitirib. Fevral ayında yayılan audiosunda o, Bin Laden tərəfindən mücahiddin müşaviri təyin edildiyini demişdi. Zəvahiri ABŞ əleyhinə ritorikaları ilə də məşhurdur. Bir çoxları onu 2001-ci il 11 sentyabr terror aksiyalarının təşkilatçısı hesab edir. İxtisasca cərrah olsa da, o, həyatını puritan islam ideologiyasının zorakı təbliğinə həsr edib. Üsama Bin Ladenlə Əfqanıstanda Sovet qüvvələrinə qarşı mübarizə vaxtı yaxınlaşan Zəvahiri haqda, terrorçularla bağlı adətən eşidilməyən, onun təvazükar, şer həvəskarı alicənab bir insan olduğuna dair fikirlər də mövcuddur. Bəziləri yeri bəlli olmayan, hərəkatı son zamanlar zəifləyən Zəvahirinin Bin Ladenin yeganə varisi olduğuna inanır. Lakin digərlərini “Əl-Qaidənin ümumiyyətlə rəhbərə ehtiyacı varmı?” sualı düşündürür.

XS
SM
MD
LG