Accessibility links

Ayovada polis zabitlərini qətlə yetirən şəxs saxlanılıb


Ayova Ştatının De Moyn şəhərinin polisi bu gün səhər tezdən iki polis zabitinin pusquya salınaraq qətlə yetirilməsində şübhəli bilinən şəxsin saxlanıldıığını bildirib.

De Moyn şəhər polis idarəsinin sözçüsü Pol Perizek Skot Maykl Qrin adlı şübhəlinin 46 yaşında, ağdərili şəxs olduğunu deyib.

De Moyn polis şöbəsi şübhəli Qrinin fotosunu açıqlayıb
De Moyn polis şöbəsi şübhəli Qrinin fotosunu açıqlayıb

Mətbuat konfransında çıxış edən sözçü hazırda De Moyn şəhər xəstəxanasında müalicə edilən Pol Qrinin yeganə şübhəli olduğunu və hələ həbs edilmədiyini, lakin ittihamın irəli sürülməsindən öncə polisin sorğularını cavablandıracağını deyib.

Urbandeyl polis rəisi Ross Makkartni qətlə yetirilən polislərin olduğu avtomobilə 15-lə 30 arasında güllə atıldığını deyib.

Polis zabitlərinin qətli ABŞ-da polis işçiləri və icma üzvləri arasında gərginliklərin artdığı bir vaxt baş verib. De Moyn polis idarəsinin sözçüsü müxbirlərin suallarını cavablandırarkən məsələyə toxunaraq, cəmiyyətin müəyyən hissəsində hüquq-mühafizə orqanlarına mənfi münasibətin olduğunu deyib.

XS
SM
MD
LG