Accessibility links

Ayovada Respublikaçı namizədlər populyarlıqlarını yoxlayırlar


Ayovada Respublikaçı namizədlər populyarlıqlarını yoxlayırlar
Ayovada Respublikaçı namizədlər populyarlıqlarını yoxlayırlar

Prezidentliyə Respublikaçı namizədlər bu gün Ayovada mühüm yoxlama seçkisi ilə üzləşirlər.

Ayova Respublikaçılar Parityası bu səsverməni “straw poll” adlandırır. Bu seçkilərin nəticəsi heç bir rəsmi əhəmiyyət daşımır. Amma Eyms şəhərində keçirilən səsvermə Barak Obamanı prezident kürsüsündən salmaq əzmində olan namizədlər barədə partiya daxilindəki sentimentlərin barometridir. Respublikaçılar rəsmən namizədi 2012-ci ilin ilk aylarında bütün ştatlarda keçiriləcək praymerilərdə, yəni ilkin seçkilərdə müəyyən edəcəklər.

Ayovadakı səsvermə bülletenində yer alan namizədlərdən bir sabiq massaçusets qubernatoru Mitt Romnidir. Ümummiloi rəy soöruları onun namizədliyə ən şanslı siyasətçi olduğunu göstərir. Lakin başqa indikatorlar seçicilərin Çay Ziyafəti hərəkatının favoriti olan Konqres üzvü Mişel Bakmana güclü dəstək verdiyini göstərir.

XS
SM
MD
LG