Accessibility links

ABŞ qanunvericiləri borc tavanının qaldırılmasına dair razılıq əldə edə bilmədi


ABŞ qanunvericiləri borc tavanının qaldırılmasına dair razılıq əldə edə bilmədi
ABŞ qanunvericiləri borc tavanının qaldırılmasına dair razılıq əldə edə bilmədi

Bu gün ABŞ qanunvericiləri borc tavanının qaldırılmasına dair iki fərqli planı müzakirəyə çıxarıb.Prezident Obama və müxalif respublikaçılar yenə də razılığa gələ bilməyib.Onlar avqust ayının 2-də başa çatacaq möhlətədək razılıq əldə etməyə çalışır. ABŞ prezidenti Barak Obama dünən axşam televiziya ilə yayımlanan müraciətində deyib ki, qanunvericilər güzəştə getməsə, ölkə dərin iqtisadi böhranla üzləşəcək.

Prezidentin çıxışından bir neçə saat əvvəl demokratların nəzarəti altında olan Senat və respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının üzvləri planlarını açıqlamışdı. Hər iki planda hökumətin məsrəflərinin ixtisarı və borc limitinin artırılması nəzərdə tutulur.Demokratlar 2.7 trillion, respublikaçılar isə 1.2 trillion ixtisar təklif edir.



XS
SM
MD
LG