İranın ali ruhani lideri Ayətulla Əli Xamneyi Qərbin ölkəsinə qarşı sanksiyalarının Tehranın inkişaflarına mane olmadığını, lakin İran xalqının ürəyindəki nifrəti artırdığını deyib. İslam Respublikasının banısı Ayətulla Ruhullah Xomeyninin vəfatının 23-cü ildönümü mərasimində danışan Xamneyi bildirib ki, ABŞ və onun müttəfiqləri İranın nüvə proqramından öz problemlərini ört-basdır etmək üçün istifadə edir.
Ayətulla Əli Xamneyi mətbuat və siyasətçilərin nüvə proqramının təhlükəsi barədə dediklərinin heç bir əsası olmadığını bildirib.