Accessibility links

Azərbaycan Respublika Gününü qeyd edir


28 May Respublika Günü qeyd edilir
28 May Respublika Günü qeyd edilir

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edilib

Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd edilir.

Mayın 27-də prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib. Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilib. Müxalifət partiyaları və çoxsaylı insanlar bu gün Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsini ziyarət edəcək, bayram mitinqləri keçiriləcək.

Bununla yanaşı bu il bəzi siyasi qurumların Bakının İstiqlaliyyət küçəsində, ilk parlament binasının önündəki İstiqlaliyyət abidəsinin kütləvi ziyarətinə imkan verilməyib. Buna səbəb kimi mayın 29-da Bakıda Avropa Futbiol Liqasının finalının keçiriləcəyi göstərilib.

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirib, müstəqil dövlətin atributlarını formalaşdırıb.

Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə az müddət ərzində Azərbaycan Milli Ordusu yaradılıb. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını alıb.

Şərqdə ilk dəfə olaraq parlament yaradılıb. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olunub.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırılıb. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarları Soveti tərəfindən kütləvi şəkildə məhv edildiyi faktlarını aşkarlayıb.

Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatılıb. Onların səyi nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıyıb.

Məhəmməd Əmin Rəsulzadənin müraciəti
please wait

No media source currently available

0:00 0:04:33 0:00
Direct link

Parlamentdə Müsavat fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradılıb. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq yüz nəfər tələbəni təhsil almaq üçün xarici ölkələrdəki qabaqcıl universitetlərə göndərib.

Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırılıb. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərib.

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Xalq Cümhuriyyət süqut edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları xaricə mühacirət etməyə məcbur edilib. Baş nazirlər Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli qətlə yetirilib, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qalıb.

71 il sonra Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisidir və bu gün Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Respublika Günü Azərbaycanda 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG